...

Azərbaycan prezidenti 2008-ci ilin dövlət büdcəsini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2007 16:41 (UTC +04:00)
Azərbaycan prezidenti 2008-ci ilin dövlət büdcəsini təsdiqləyib

Azərbaycan, Bakı/ Trend / Azərbaycan prezidenti İlham Əliyev dövlətin 2008-ci il büdcəsini təsdiqləyib. Büdcənin gəlir hissəsi 7392500 min manat səviyyəsində, büdcə xərcləri isə, 8518900 min manat səviyyəsində (həmçinin, mərkəzləşdirilmiş gəlirlər 7134500,7 min manat, yerli gəlirlər 257999,3 min manat, mərkəzləşdirilmiş xərclər 7605576,1 min manat, yerli xərclər 913323,9 manat) müəyyənləşdirilib. 2008-ci il üçün ümumi büdcə xərclərinin 4761,2 mln. manatı cari xərclər, 3673,8 mln. manatı kapital xərcləri və 83,9 mln. manat kreditlərin xidməti üzrə xərclər təşkil edir. Dövlət büdcəsindən ayrılacaq büdcə borcları 6000,0 min manat səviyyəsində müəyyənləşdirilib. Daxili borcların ödənilməsi üçün vəsaitlərin həcmi 21001925,0 manat səviyyəsində (bu məbləğin 18575500,0 manatı faizlərin ödənilməsi və 2426425,0 manat əsas borc üzrə ödənilmələr) müəyyənləşib. Xarici borcların ödənilməsinə 174084908,0 manat ayrılıb (onlardan 93640380,0 manat faizlərin ödənilməsi və 80444528,0 manat əsas borc üzrə ödənilmələrdir). Növbəti il üçün daxili borclar üzrə limit 500000,0 manat səviyyəsində, xarici borclar üçün isə, 2400000,0 manat səviyyəsində müəyyənləşdirilib. Büdcə defisitinin yuxarı həddi 1126400,0 min manat səviyyəsində müəyyənləşdirilib. Azərbaycan Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmaqla, ölkə büdcəsinin ümumi defisiti 3303905,0 min manat təşkil edəcək. 2008-ci il üçün dövlət büdcəsinin ümumi xərclərinin yuxarı həddi 10192055,0 min manat səviyyəsində müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti