...

"Bank Respublika" plastik kart üzrə kredit xəttinin faizsiz müddətini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend U.İsmayılova/ "Bank Respublika" plastik kartlar üzrə kredit xəttinin faizsiz müddətini 35 gündən 45 günə qədər artırıb. Bu barədə Bankın bazar ertəsi yayılan məlumatında bildirilir.

Yeni şərtlərə əsasən, müştəri istifadə etdiyi kredit məbləğini növbəti ayın 15-ci təqvim gününədək ödəyərsə, kreditə faiz hesablanmayacaq. Beləliklə, faizsiz kreditin müddəti 45 günədək ola bilər.

Əgər müştəri istifadə etdiyi kredit məbləğini (kredit üzrə borcu) növbəti ayın 15-ci təqvim gününədək ödəməzsə, növbəti gündən etibarən borc qalığı məbləğinə 28% illik dərəcəsi ilə faiz hesablanacaq. Yeni şərtlər 1 yanvar 2008-ci il tarixdən qüvvəyə minir.

Kartla kredit xətləri müxtəlif şirkət və təşkilatların əməkdaşları üçün iş yerindən arayış əsasında (girovsuz və zaminsiz), cari iş yerindən ən azı 6 ay stajı və ən azı 200 manat məvacibi (vergilər çıxdıqdan sonra) olduqda açılır. Bu proqram üzrə kredit xəttinin məbləği 200 - 5000 manat (ABŞ dolları və avro) təşkil edə bilər. "Bank Respublika" həmçinin əmanətçilərə, eləcə də avtomobil və biznes kreditləri üzrə müştərilərə kartlar üzrə kredit xətti təklif edir.

"Bank Respublika" müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan verir. Bank həmçinin kartlar üzrə Home-Banking, Card-to-Card və sair əlavə xidmətlər göstərir. "Bank Respublika" plastik kart müştəriləri arasında uduş kampaniyaları da keçirir. Kampaniyanın əsas mükafatları 2 nəfərə 7 günlük xaricə səyahət, həmçinin əlavə hədiyyələrdir.

Xəbər lenti

Xəbər lenti