Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Bakının H.Əliyev Beynəlxalq Hava Limanı çərşənbə axşamı fəaliyyətini bərpa edib. Bu barədə AZAL Dövlət Konsernindən məlumat verilib.
"Aeroport normal rejimdə fəaliyyət göstərir" - deyə AZAL nümayəndəsi bildirib. Aeroportun fəaliyyəti dünən, günün ikinci yarısında pis hava şəraiti səbəbindən dayandırılmışdı.
Bu gün səhər Bakıdan Almaniya və Dubaya aviareyslər yola düşüb, Qazaxıstan və Türkiyədən isə reyslər qəbul olunub. Gün ərzində Kabil, Urumçi və Tbilisiyə reyslər yola salınacaq.
Bu gün həmçinin, dünən pis hava şəraiti səbəbindən Naxçıvan Muxtar Respublikası (NMR) istiqamətində dayandırılan uçuşların bərpa olunması da gözlənilir. Sutka ərzində Naxçıvana cəmi altı uçuş həyata keçirilir.
NMR Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində blokada vəziyyətindədir. NMR ilə əsas əlaqə hava vasitəsilə həyata keçirilir.