Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ İqtisadi İnkişaf naziri Heydər Babayevin başçılığı ilə Azərbaycan hökumətinin nümayəndə heyəti yanvarın üçüncü dekadasında Tallinə yola düşəcək. Bu barədə çərşənbə axşamı Azərbaycanın İxrac və İnvestisiyaların Həvəsləndirilməsi Fondundan (AZPROMO) məlumat veriblər. Nazir yanvarın 21-də Azərbaycan-Estoniya biznes-forumunda iştirak edəcək. Biznes-forumda Azərbaycanın investisiya imkanlarının təqdimatı keçiriləcək. Bundan əlavə, nazirin səfər proqramına Estoniyanın iqtisadi dairələrinin yüksək vəzifəli şəxsləri ilə görüşülər daxildir. Azərbaycanlı və estoniyalı biznesmenlər arasında artıq görüşlər keçirilib. Lakin indiki ikitərəfli danışıqlardan çox şey gözlənilir. Ötən ilin yanvar-oktyabrının nəticələrinə görə, Azərbaycandan Estoniyaya 425.4 min dollarlıq mal ixrac edilib. Azərbaycanın idxalı isə. 14 249 dollar təşkil edib.