...

Azərbaycanda əcnəbi işçilərin muzdla işə götürülməsi üçün dövlət rüsumu artırıla bilər - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2008 14:20 (UTC +04:00)
Azərbaycanda əcnəbi işçilərin muzdla işə götürülməsi üçün dövlət rüsumu artırıla bilər - nazir

Azərbaycan, Bakı, 12 yanvar/ Trend / Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ilə nisbətən 4.1% azalıb. Bu barədə cümə günü Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi nəticələri və 2008-ci ilin planlarına həsr olunan iclasında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda işsizliyin səviyyəsi 2007-ci ilin noyabrına 6.6% təşkil edib. 2007-ci ildə ölkənin məşğulluq xidmətləri tərəfindən 30 min adam işlə təmin olunub ki, bu, 2006-cı ilin göstəricisindən 8.5% çoxdur.

Nazir peşə təhsilinin səviyyəsinin artırılması üçün Bakıda Regional Təhsil Mərkəzinin yaradıldığını və qısa vaxt ərzində 650 nəfərin oraya müraciət etdiyini bildirib. Məşğələlərdən sonra müraciət edənlərin 95%-i işlə təmin edilib. Yaxın vaxtlarda belə Mərkəzlər Naxçıvanda və Göyçayda da açılacaq.

Problemlərdən danışan nazir bu gün Azərbaycanda əcnəbilərin işə qəbulu üçün dövlət rüsumunun 44 manat təşkil etdiyini bildirib. Bunun nəticəsində, əmək bazarında keyfiyyətsiz əcnəbi işçi qüvvəsinin böyük axını müşahidə olunur. Nazirlik dövlət rüsumunun məbləğinin dəyişdirilməsi üçün təkliflər hazırlayır.

2007-ci ilin sonunadək Azərbaycanda muzdla çalışan əcnəbilərin sayı 1783 nəfər təşkil edib ki, bu da 2006-cı ilə nisbətən 35% çoxdur. Lakin "ölkədə çalışan əcnəbilərin dəqiq sayı bu rəqəmdən əhəmiyyətli dərəcədə çoxdur".

Nazir ölkənin tikinti sektorundakı problemlərdən də danışıb. 2007-ci ildə ölkədə 159 tikinti şirkəti sahiblərinə problemlərin aradan qaldırılması üçün xəbərdarlıq edilib, demək olar ki, 11 min nəfər işçi ilə əmək müqaviləsi imzalanıb, 5.75 min nəfərin əmək müqaviləsi yenidən təzələnib və aylıq əmək haqqı düzgün göstərilib.

Xəbər lenti

Xəbər lenti