...

Azərbaycan dövlət bankının 85% dövlət payının hüquqi şəxslərə satışı üzrə hərrac elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2008 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Kapital Bank-da 85% dövlət payının hərrac vasitəsilə hüquqi şəxslərə satışı haqqında bəyanat verib.

Kapital Bank ASC -nin tam dövlətsizləşdirilməsi (50% dövlət payının satışı haqqında) haqqında qərar prezidentin 2007-ci il 19 oktyabr sərəncamına əsasən qəbul edilib. Ötən il 50% dövlət payı özəl mülkiyyətə keçib. Dövlət Bankının yeni səhmdarları AtaHolding (20% səhm) Xalq Bank (20%) və Azersun Holding (10%) olub.

Hərrac iştirakçılarının təkliflərinin qiymətləndirilməsi aprelin 3-də baş tutacaq. Fevralın 29-dək təklif vermək və müsabiqə haqqında əlavə məlumat almaq, martın 31-dək isə, iştirakçı statusu alan investorlar məxfilik haqqında müqavilə imzalamaqla, bank haqqında məlumatlarla tanış ola biləcəklər. İştirakçıların ciddi niyyətli olduğunu göstərmək üçün, ödəniş haqqı 6 min manatdır. Hərraca buraxılan və xəbərdarlıq alan iştirakçılar iddia etdikləri paketin nominal dəyərindən 10% ödəniş verməlidirlər.

Hərraca, dövlət payının həcmi 1,2 mln. Olmaqla, 1,020 mln. səhm çıxarılıb. Səhmlərin nominal dəyəri 10 manatdır. Səhmlər 17 paketdə formalaşdırılıb və hər birinin dəyəri 600 min manatdır.

Bir hüquqi şəxs 360 min səhmi keçən (6 paket) həcmə sifariş verə bilər. Səhmlərin hüquqi şəxslərə satşı "Banklar haqqında" Qanunun tələblərinə riayət olunmaqla həyata keçiriləcək. Siyasi partiyalar, ictimai birliklər, fondlar və kommersiya təşkilatları, fiziki şəxslər, kapitalında birbaşa və ya dolayısı ilə Azərbaycanın əcnəbi ölkələrin dövlət payı olan hüquqi şəxslər hərraca buraxılmır.

2008-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Kapital Bank-ın aktivləri 249 466 min manat təşkil edir. Bankın öhdəlikləri 209 555 min manat ölçüsündə formalaşdırılıb. Bankın əməkdaşlarının sayı 2458 nəfərə çatır.

Xəbər lenti

Xəbər lenti