...

Palmali Azərbaycanda süd məhsulları istehsalına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2008 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral/ " / Palmali Şirkəti tərəfindən Lənkəranda inşa olunmuş PAL SÜD zavodu süd məhsullarının istehsalına başlayıb. Bu barədə Şirkətin cümə axşamı yayılan məlumatında deyilir.

Zavod müasir texnologiyalarla təchiz edilib və gündə 100 tondan artıq süd emal etmək imkanı var. Məhsulun dörd ay saxlanılma müddəti olacaq. Zavod 25 adda süd məmulatrı istehsal edəcək.

Zavod ilk vaxtlar öz məhsulları ilə daxili bazarın ehtiyacını ödəyəcək, sonra istehsalı genişləndirərək, xarici ölkələrə də hazır məhsul ixrac etmək planlaşdırılır.

Süd zavodu Lənkəran və ətraf rayonlardan 3000-ə yaxın fermerdən xam südü toplayacaq və 150-yə yaxın insanı işlə təmin edəcək.

Xəbər lenti

Xəbər lenti