...

Azərbaycanın Sosial Müdafiə Fondu kommersiya strukturuna çevriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / " , müxbir U.İsmayılova/ Azərbaycanın Sosial Müdafiə Fondu mənfəət əldə etmək üçün vəsait yatıran maliyyə strukturuna çevriləcək. Bu barədə şənbə günü Fondun rəhbəri Səlim Müslümov məlumat verib.

"Vəsaitin hara qoyulacağı ölkədə inflyasiyanın səviyyəsindən asılıdır" - deyə Müslümov bldirib. O, Fond vəsaitlərinin ölkədə inflyasiyanın səviyyəsindən çox faiz əldə edilməsi mümkün olan müəssisəyə qoyulacağını deyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 16,7 faiz təşkil edib.

Müslümov vurğulayıb ki, bazar ertəsi Fond və USAID Fondun maliyyə strukturuna çevrilməsi üzrə layihənin birgə işlənməsi barədə qrant müqaviləsi imzalayacaq.

Qrantın məbləği və şərtləri bazar ertəsi imzalanma zamanı dəqiqləşdiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti