...

Bank Respublika əmanətçilər arasında aylıq uduş kompaniyasının növbəti tirajını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2008 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart/ " Bazar ertəsi Bank Respublika əmanətçilər arasında aylıq uduş kompaniyasının növbəti tirajını keçirib və nəticədə, Bankın daha yeddi əmanətçisi müxtəlif hədiyyələr qazanıb. Bu barədə Bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Bankın 2 əmanətçisi, hər biri 1000 ABŞ dolları məbləğində 2 pul mükafatı qazanıb. Daha 5 əmanətçi isə, kampaniyanın əlavə mükafatlarını əldə ediblər. Mart ayından etibarən, əlavə mükafatın dəyəri 300 manatadək artırılıb. Əlavə mükafat qazanan əmanətçilər , öz arzuları ilə,300 manat məbləğində mobil telefon, DVD pleyer, rəqəmsal fotoaparat, qol saatı və ya iPod musiqi pleyeri seçə bilərlər.

Kampaniyada ən azı 6 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində əmanətlər iştirak edirlər. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmirlər.

Bu günədək Bank Respublika-nın 62 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatları və 65 əmanətçisi əlavə mükafatlar qazanıb.

Bank Respublika-nın əmanətçiləri, əmanətin məbləği və müddətindən asılı olaraq, 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, "Home Banking" xidmətindən yararlana, Bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

Bank Respublika "Əmanətlərin sığortalanması haqqında" Qanuna əsasən, yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

Xəbər lenti

Xəbər lenti