...

Azərbaycanda buğda və unun idxal vergi və gömrük rüsumundan azad edilməsi bazarın sabitləşməsinə gətirəcək – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may/ " müxbir Ü.İsmayılova/ Azərbaycanın Nazirlər Kabinetinin düyü, buğda və çovdar ununun ölkəyə idxalının əlavə dəyər vergisi və gömrük rüsumu ödənilməsindən azad edilməsi barədə qərarı bazarın sabitləşməsinə səbəb olacaq. Bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Bu gün ölkədə ƏDV dərəcəi 18 faiz təşkil edir. İndiyədək düyüyə münasibətdə beş faizlik, buğda ununa münasibətdə isə, 15 faizlik gömrük dərəcəsi tətbiq edilirdi. Güzəştlər bir il müddətinə tətbiq edilib.

Nazir bildirib ki, bu gün çörəyin qiymətinin artması ilə bağlı problem yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün aktualdır.

Babayevin sözlərinə görə, bu qərar Azərbaycanda ticarətin tam liberallaşdırıldığına və bazarda inhisarçılığın olmamasına dəlalət edir.

"Azərbaycanda imkanı olan hər kəs ölkəyə düyü və ya un gətirə bilər. Başlıca məsələ keyfiyyətin yüksək səviyyədə olmasıdır", - nazir bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti