...

2008-ci ilin yanvar-apreldə Azərbaycanın Fond bazarında aparılan birja əməliyyatlarının ümumi həcmi 3 mlrd. manata yaxınlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may/ Trend / 2008-ci ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 2.836,634 mln. AZN təşkil edib. Bu, ötən ilin müvafiq dövrünün eyni göstəricisini 365,78% üstələyir. Bu barədə Birjanın cümə günü yayılan məlumatında deyilir.

Bu əməliyyatların 98,88%-i dövlət qiymətli kağızlarının payına düşür.

Səhmlərin ilkin və təkrar bazarında həcmin azalması müvafiq surətdə, 71,01% və 93,89% qədər təşkil edib. Dövlət istiqrazların yerləşdirmə bazarında həcmin azalması 35,49% təşkil edib. Ən böyük artım repo əməliyyatları bazarında və Notların təkrar bazarında müşahidə olunub.

Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların nəticələri üzrə müqayisəli cədvəl

(yanvar-aprel, 2008)

Bazarın seqmentləri 2008 (31.04.08)AZN 2007 (31.04.07)AZN Faiz nisbəti
DQİ (AR MN) - (yerləşdirmə) 85.369.528,54 33.619.685,86 253,93%
DQİ (AR MN) - (təkrar bazar) 12.105.071,64 7.482.423,92 161,78%
Notlar (AR MB) - (yerləşdirmə) 726.348.281,88 401.864.304,40 180,75%
Notlar (AR MB) - (təkrar bazar) 167.619.480,16 53.657.033,20 312,39%
Repo əməliyyatlar 1.813.292.821,52 202.143.716,40 897,03%
Cəmi DQK bazarı 2.804.735.183,74 698.767.163,78 401,38%
Korporativ istiqrazlar - (yerləşdirmə) 9.499.016,50 14.725.470,25 64,51%
Korporativ istiqrazlar - (təkrar bazar) 6.118.526,77 4.676.184,16 130,84%
Səhmlər - (yerləşdirmə) 16.190.500,00 55.844.641,40 28,99%
Səhmlər - (təkrar bazar) 91.377,80 1.496.383,40 6,11%
Cəmi KQK bazarı 31.899.421,07 76.742.679,21 41,57%
CƏMİ 2.836.634.604,81 775.509.842,99 365,78%
Xəbər lenti

Xəbər lenti