...

Azərbaycanın regionunda Xalq Bankın filialı açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2008 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend / Cəlilabad rayonunda XalqBankın filialı fəaliyyətə başlayıb.Bu barədə çərşənbə axşamı sözügedən müəssisədən verilən məlumatda bildirilir.

Şəhərin mərkəzində yerləşən yeni filial sayca beşinci bölgə filialıdır. Filial həm fiziki şəxslərə, həm də korporativ müştərilərlə işləyəcək.

Filialin işində əsas diqqət müştərilərin kreditləşdirilməsinə ayrılacaq. Filial biznesin və sahibkarlığın inkişafına kreditlər ayırmağı nəzərdə tutur.

Cari ildə daha bir neçə bölgədə, həmçinin, paytaxtda filial və şöbələrin açılışı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti