...

ARİB "Azəriqazbanka" və "Azərdəmiryolbanka" 29 mln. dollar məbləğində kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2008 16:48 (UTC +04:00)

Ukrayna, Kiyev, 18 may/ Trend müxbir D.Babesyuk/ Avropanın rekonstruksiya və inkişaf bankı (ARİB), gələcəkdə yerli mikro, kiçik və orta müəsisələrin maliyyələşdirməsi üçün "Azəriqazbank" üçün 8 mln. dollar həcmində kredit xətti açıb. Bundan səvai, böyük kreditlərə ehtiyacı olan şirkətəlrin maliyyələşdirməsi üçün ARİB "Azərdəmiryolbank" üçün 7 mln. həcmində kredit xətti açıb.

Kreditlərin verilməsi haqqında saziş bazar günü Kiyevdə, ARİB işküzar forumu çərçivəsində, imzalanmışdır.

Bundan səvai, "Azərdəmiryolbank" 14 mln. dollar həcmində kredit alacaq, onlardan 4 mln. dolları kiçik və orta müəsisələrin yenidən kreditləşdirilməsinə ayrılıb, 10 mln. dollar isə mikro və kiçik müəsisələr üçün nəzərdə tutulub.

Maliyyə müəsisəsi biznes qrupunun rəhbəri Kurd Qayqer qeyd edib ki, ARİB və Azərbaycan bankları arasında yeni layihələr ARİB-nın ölkənin şəxsi bank sektorunda inkişafına gətirib çıxaracaq. Maliyyə sektorunun inkişafı mexanizmi çərçivəsində ARİB səkkiz komersiya bankı ilə əməkdaşlıq edir və hal hazırda Azərbaycanda mikro və kiçik müəsisələrin dəstəyinə 80 mln. dollar həcmində kredit ayırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti