Azərbaycan, Bakı, 19 may / " müxbir S.Ağayeva/ Ankarada Azərbaycan və Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək. Danışıqlar mayın 21-də Azərbaycanın Baş naziri Artur Rasizadənin Türkiyəyə bir günlük işgüzar səfəri zamanı aparılacaq. Bu barədə bazar ertəsi Trend a Azərbaycanın bu ölkədəki səfiri Zakir Həşimov məlumat verib.
Səfir bildirib ki, danışıqlar zamanı ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üzrə bütün kompleks məsələlərin müzakirə olunacağı planlaşdırılır.
Tərəflər Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, həmçinin, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması imkanlarını nəzərdən keçirəcəklər.
Azərbaycanın diplomatik nümayəndəliyi rəhbərinin bildirdiyinə görə, Azərbaycanın hökumət başçısı baş nazir Rəcəb Tayyip Ərdoğan, parlament spikeri Köksəl Toptal və prezident Abdullah Gül ilə görüşlər keçirəcək.
Azərbaycan Baş nazirini Ankaraya səfər zamanı hökumətin rəsmi şəxslərindən ibarət nümayəndə heyəti müşaiyət edəçcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]