Azərbaycan, Bakı, 22 may / Trend müxbir E.İsmayılov/ İyunun 2-dən etibarən əlavə Bakı - Mineralnıe Vodı - Bakı reysi açılır. Bu barədə AZAL Dövlət Konsernindən (Azərbaycanın mülki aviasiya idarəsi) məlumat veriblər. Uçuşlar ATR - 72-500 təyyarəsi ilə həyata keçiriləcək.
Hazırda Bakı - Minvodı - Bakı reysi hər çərşənbə və şənbə günləri həyata keçirilir. İyunun 2-dən bazar ertəsinə əlavə reys yaradılacaq. Bundan əlavə, iyulun 1-dən bu marşrut üzrə çərşənbə axşamı, cümə və bazar günləri də reyslər açılacaq. Reyslər Bakı vaxtı ilə saat 14:15-də həyata keçiriləcək. Biletlərin qiyməti hər iki tərəfə 421 manat, bir tərəfə isə 259 manat təşkil edir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]