...

Azərbaycan bazarı sərnişin avtobusu istehsalçıları üçün maraqlıdır - "Anadolu Isuzu"

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2008 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend , mübir E.İsmayılov/ Türkiyənin "Anadolu Isuzu" şirkəti istehsal etdiyi sərnişin avtobuslarının reallaşdırılması üçün Azərbaycan bazarında maraqlıdır. Bu haqda "Anadolu Isuzu" şirkətinın satış şöbəsinin başçısı Tunc Karabulut Bakıda "Isuzu" markalı avtobusların təqdimat mərasimində bildirib. Azərbaycan sürətlə inkişaf edir, nəqliyyat kommunikasiyaları və yollar tikilir. O, qeyd edib ki, "Anadolu Isuzu" şirkəti Azərbaycan bazarında yer tutarsa fəxr duyar.

"AZAUTO" şirkətinin təşkil etdiyi tədbirdə türk şirkətinin istehsal etdiyi "Isuzu Urban" və "Isuzu Roybus" markalı sərnişin avtobuslarının təqdimatı keçirilib. İlk alıcılara avtobusların simvolik açarları təqdim olunub.

Karabulutun sözlərinə görə, "Isuzu" markalı avtobusların üstünlüyü sərnişin daşımanın təhlükəsizliyi, rahatlığı və yanacağa qənaət olunması, həmçinin atmosferə zəhərli maddələrin minimal atılması ilə bağlıdır. "Isuzu" markalı avtobuslar 121 l.s. gücündə maksimal sürətdə 115 km/s Euro-2 mühərriklə təchiz olunub, yanacağın orta sərfi 100 km/18 litr təşkil edir.

"AZAUTO" şirkətinin direktoru Fərəc Rəsulzadənin dediyinə görə, hazırda "Isuzu Urban" və "Isuzu Roybus" markalı sərnişin avtobuslarının 50 ədədi reallaşdırılıb, ilin sonunadək 100 avtobusun reallaşdırılması planlaşdırılır.

"Isuzu" avtobusları alıcılarından biri "Sahiboğlu" firmasının nümayəndəsi Akif Tağıyev bildirib ki, "Isuzu" avtobusları şəhər içində istifadə üçün səmərəli və qənaətlidir. Bu avtobuslar həm sərnişinlər, həm də sürücülər üçün çox rahatdır.

Tağıyevin sözlərinə görə, avtobusların altı ay ərzində istismarı zamanı heç bir texniki qüsur aşkarlanmayıb. Firma "Isuzu Urban" markalı 12 avtobus əldə edib və bir neçə ay ərzində daha 10 ədəd avtobus əldə etməyi planlaşdırır.

"AZAUTO" şirkəti 2005-ci ildən "Isuzu" markalı avtobusların rəsmi dilleridir. Şirkət yarandığı gündən ayrı-ayrı ölkələrin istehsal etdiyi rahat və təhlükəsiz sərnişin avtobuslarını təklif edərək avtomobil bazarının kommersiya inkişafında fəal iştirak etməyə başlayıb.

"Anadolu Isuzu" şirkəti 1983-cü ildə Türkiyənin Yaponiya ilə birgə yaratdığı müəssisədir. Şirkət müasir "Isuzu" texnologiyaları əsasında məhsul istehsalı ilə məşğul olur və 50-dən artıq ölkəyə, o cümlədən Azərbaycana ixrac edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti