...

Bakı metropoliteni eskalatorların alınması, quraşdırılması və işə salınması üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2008 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may / Trend / Bakı metropoliteni "Azadlıq Prospekti" stansiyası üçün ET-5M tipli qaldırma hündürlüyü 9,4 m olan 3 ədəd tunel eskalatorunun alınması, quraşdırılması və sazlama-işəsalınma üzrə tender elan edib. Bu barədə Bakı metropolitenindən məlumat verilib.

Tender bir lot üzrə keçiriləcək.

Tender iştirakçıları iddiaçı qismində 2008-ciil iyulun 1-i saat 17.00-dan gec olmamaq şərti ilə iştirak barədə müraciət və digər sənədləri təqdim etməlidirlər. Tender təklifləri və bank zəmanəti 2008-ci il iyulun 9-dək qəbul olunacaq və 2008-ciil 10 iyul saat 15:00-da qapalı elan ediləcək.

Xəbər lenti

Xəbər lenti