Azərbaycan, Bakı, 26 may / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 26may tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8221 AZN təşkil edib. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.
BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8223 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 6 991 250 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən 0,0002 bənd düşüb və 0,8225 AZN təşkil edib.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 575 470 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8221 AZN təşkil edib.
Hər iki sessiyanın nəticələrinə görə ümumi həcm USD/AZN aləti üzrə $ 9 200 000 ABŞ dolları və ya 7 566 720 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 3 066 667 ABŞ dolları düşür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,88%, ABŞ dolları üzrə isə illik 15,28% təşkil edib.
Gün ərzində banklar arasında həcmi 826 900 AZN, müddəti 180 gün və faiz dərəcəsi 14,00% təşkil edən əqd qeydə alınıb