...

Azərbaycanda birinci beynəlxalq regional biznes konfrans öz işinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2008 14:49 (UTC +04:00)
Azərbaycanda birinci beynəlxalq regional biznes konfrans öz işinə başlayıb

Azərbaycan, Bakı, 27 may/ Trend , müxbir E.İsmayılov/ Bu gün Şamaxıda (Bakıdan 135 km məsafədə) birinci beynəlxalq regional biznes konfrans öz işinə başlayıb.

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov konfransda çıxışı zamanı bildirib ki, son dörd ildə Azərbaycan iqtisadiyyatının həcmi 96 faiz artıb. 2007-ci il ərzində regionların inkişafına yatırılan dövlət investisiyalarının həcmi 1,15 mlrd. manat təşkil edib. Hazırda yeni sənaye müəssisələrinin, biznes inkubatorların yaradılması üzrə işlər görülür. Azərbaycan iqtisadiyyatının inkişafı ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün baza yaradır.

Nazir müavini bildirib ki, növbəti beş il üçün regionların sosial-iqtisadi inkişafı proqramının reallaşdırılmasının davam etdirilməsi üzrə hazırlıq işləri gedir.

Türkiyənin Azərbaycandakı səfiri Xulusi Qılıcın sözlərinə görə, bu gün ölkələr arasında mal dövriyyəsi $12 mlrd. təşkil edir. Neft sektoru ilə birlikdə Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi $6 mlrd. təşkil edir.

Çin-Avropa texniki və iqtisadi əməkdaşlıq assosiasiyasının rəhbəri Xu Binq Cin bildirib ki, Azərbaycanla münasibətlərin inkişafı Çin üçün böyük imkanlar açır.

Konfransın təşkilatçısı Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi, İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), "Evsen" Şirkətlər Qrupudur.

Konfrans çərçivəsində Azərbaycan, Türkiyə, Çin, İran, Baltikyanı ölkələr, Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, İraq, Pakistan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Belarusun firma və təşkilatları arasında biznes danışıqların həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan, Türkiyə, Çin və İranın əsas biznes şəhərləri arasında bazarın monitorinqinin aparılması, xarici şirkətlərin və təşkilatların təqdimatı, həmçinin Azərbaycanın ticarət-sənaye palatasında, hökumət və müvafiq iqtisadi strukturlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti