İsrail, Qüds, 02 iyun / Trend , müx. R.Abdullayev/ Bu gün səhər İsrailin milli infrasturktur naziri Binyamin Ben Eliezer Azərbaycana səfərə gəlib. "Mənim səfərim ölkələr arasında əməkdaşlıq üçün kifayət qədər çox sahə mövcud olduğu bir vaxtda həyata keçirilir. Öz israilli həmyerlilərimə məsləhət görərdim ki, Azərbaycana gəlsinlər və investisiya yatırmaq üçün yollar tapsınlar. Həmçinin azərbaycanlı iş adamlarını da İsrailin xüsusən infrastruktur sahəsinə sərmayələr yatırmağa çağırıram", - deyə İsrailin naziri eksklüziv olaraq TrenCapital-a bildirib.
Nazirin Azərbaycana səfərində daha bir məqsəd hər il Bakıda keçirilən neft və qaz sərgisində iştirak etməkdir. "Bu gün biz Azərbaycanı neft və qaz satışı sahəsində vacib strateji neft tərəfdaşı kimi nəzərdən keçiririk. Azərbaycan dost ölkədir və İsrailin strateji tərəfdaşıdır", -Eliezer bildirib.
Nazirin sözlərinə görə, onun ölkəsi artıq Azərbaycandan neft alır.
"Qaz idxalına gəlincə, qeyd etmək istərdim ki, biz danışıqların ilkin mərhələsindəyik. Enerji və qaz sahəsində danışıqlar aparmaq kifayət qədər zaman tələb edir", - deyə İsrailin milli infrasturktur naziri sözünü yekunlaşdırıb.