...

DGK rəhbəri avtonəqliyyat vasitələrinin Azərbaycana idxalına qoyulmuş gömrük tariflərinə yenidən baxılmasına zərurət görmür

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2008 17:16 (UTC +04:00)
DGK rəhbəri avtonəqliyyat vasitələrinin Azərbaycana idxalına qoyulmuş gömrük tariflərinə yenidən baxılmasına zərurət görmür

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) istismar müddətinə əsaslanaraq, avtonəqliyyat vasitələrinin respublikaya idxalına məhdudiyyət qoyulmasına dair təkliflə hökumətə yenidən müraciət etməyə zərurət görmür. Bu barədə çərşənbə axşamı DGK-nın sədri Aydın Əliyev məlumat verib.

"Biz Gömrük Komitəsinin birinci müraciətindən sonra bu təklifin dəstəyini almadıq. Bunun əvəzinə, nəqliyyat vasitələrinin idxalına münasibətdə aksiz vergisi tətbiq edildi, - Əliyev qeyd edib. Bu, gömrük yığımlarını artırmağa imkan verdi ki, bu da dövlət büdcəsinə əlavə daxilolmalar gətirir".

Yalnız may ərzində ölkəyə idxal olunan avtomobillərdən toplanan gömrük vergi və rüsumlarından 24 mln. manat (30 mln. dollar) alınıb və buna görə də , DGK bu gün avtonəqliyyat vasitələrinin istismar müddətinə əsaslanalaraq, məhduiyyətlərin tətbiq edilməsi məsələsini qaldırmaq niyyətində deyil.

O, həmçinin, avtonəqliyya vasitələrinin idxalına qoyulmuş gömrük tariflərinə yenidən baxılmasına zərurətin olduğunu görmür. Belə ki, bu günkü dərəcələr onların Azərbaycana idxal həcminə mənfi təsir göstərmir. 2006-cı ilin son aylarında onların idxalının qəfil artması müşahidə olunurdusa, 2007-ci ildən aksizlərin tətbiqi ilə bu tendensiya bu gün də davam edir.

DGK rəhbərinin rəyinə görə, bu il ölkəyə ötənilki göstərici səviyyəsində - 70 mindən çox avtonəqliyyat vasitələrinin idxalı gözlənilir.

"Daxilolmalar müəyyən gömrük dəyərindən, daha dəqiq cəlbetmədən asılıdır. Bundan əlavə, əvvəlki illərdən fərqli olaraq, ölkədə tikinti işlərinin həcminin artması ilə əlaqədar bir çox xüsusi tikinti-nəqliyyat vasitələri, əvvəllər olduğu kimi, müvəqqəti istifadə üçün deyil, daimi iş üçün gətirilir", - Əliyev dəqiqləşdirib.

DGK-nin avtonəqliyyat gömrük idarəsi dövlət büdcəsinə daxilolmaların nəzərəçarpacaq hissəsini təmin edir. 2008-ci il üçün Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinə proqnozlaşdırılan ödəmələri 1,11 mlrd. manat səviyyəsində nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti