...

Qubada bostançılığın inkişafı üzrə konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2008 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend / Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Özəl Sektorun İnkişafı Proqramı çərçivəsində, Qubada "Bostançılıq və meyvəçiliyin inkişafı" konfransını keçirib.

GTZ məlumatına görə, konfransı giriş sözüylə Quba rayon İcra hakimiyyətinin başçısı Rauf Həbibov açıb. Konfransın işində İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri və regionda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Konfransdan sonra yerli fermerlər və sahibkarlar üçün bağçılıq və meyvəçilik sahələrində istehsal olunan məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması, suvarma, gübrələmə və məhsulun saxlanması texnologiyaları üzrə treninqlər keçirilib.

Konfrans çərçivəsində tədbir iştirakçıları Azərbaycanda fəaliyyət göstərən müəssisələrə baş çəkiblər.

Xəbər lenti

Xəbər lenti