...

Sankt-Peterburqda "Azərbaycan Beynəlxalq Bankı - Moskva"nın filialının açılmasının beşillik yubileyi qeyd olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2008 08:16 (UTC +04:00)
Sankt-Peterburqda "Azərbaycan Beynəlxalq Bankı - Moskva"nın filialının açılmasının beşillik yubileyi qeyd olunub

Rusiya, Sankt-Peterburq, 08 iyun / Trend müxbir R.Ağayev / İyunun 7-də Sankt-Peterburqda "Azərbaycan Beynəlxalq Bankı - Moskva"nın Rusiyanın şimal paytaxtında filialının açılmasının beşillik yubileyi qeyd olunub. "Bakı" restoranında təşkil olunan təntənəli mərasimdə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbül oğlu, Azərbaycanın RF-dəki baş konsulu Qüdsi Osmanov, Milli Məclisin deputatları, Sankt-Peterburq administrasiyasının nümayəndələri, Azərbaycan Beynəlxalq Bankın rəhbərliyi, Rusiya Mərkəzi Bankının şəhər bölməsinin rəhbərləri, Azərbaycan ictimaiyyətinin təmsilçiləri, Rusiya ictimai-siyasi, mədəni və işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.

"ABB-Moskva" Rusiya ərazisində 100 faiz Azərbaycan kapitalı ilə fəaliyyət göstərən ilk və yeganə bankdır. Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olan "ABB-Moskva" Azərbaycan hökumətinin dəstəyi ilə yaradılıb. Onun təsisçisi Azərbaycan Beynəlxalq Bankıdır. 1992-ci ildə SSRİ Vneşekonombankının Azərbaycan bölməsinin bazasında yaradılan ABB respublikada ən böyük bankdır. ABB hazırda dövlətə məxsusdur. "ABB-Moskva" Rusiyada MDBdnə olan xarici kapitala ilk bank olub.

Yubiley tədbiri Azərbaycanın əməkdar artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi Bakının estrada-folklor ansamblı olan "Canqi"nin çıxış ilə başlayıb. Bundan sonra rəsmi şəxslərin təbrikləri səslənib və "ABB-Moskva"nın yaranma tarixindən və fəaliyyətindən bəhs edən film-xronika nümayiş etdirilib.

Ardınca Larisa Lusta, Rimski-Korsakov adına Dövlət Konservatoriyasının tələbəsi Sədi Sədiyev, Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə və Rusiya əməkdar artisti Alyona Sviridova çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti