...

Azərbaycan və İslam İnkişaf Bankı əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2008 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend / Azərbaycan və İslam İnkişaf Bankı (İİB) əməkdaşlığın genişləndirmə perspektivlərini müzakirə edib. Bu haqda Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən bazar ertəsi yayılan məlumatda bildirilib.

Ötən həftə Səudiyyə Ərəbistanında İİB-nın qrupunun İdarəçilər Şurasının 33-cü iclası keçirilib. İclasda Azərbaycan tərəfindən bankın idarəçisi olan İqtisadi İnkişaf Naziri Heydər Babayev iştirak edib.

İclasda İİB qrupuna daxil olan - Vahid İslam Fondu, İslam ticari-maliyyə korporasiyası, ixrac kreditlərin sığortası üzrə İslam korporasiyası təşkilatlarının gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Mərkəzi Asiya ölkələri, Albaniya və Azərbaycanın daxil olduğu İİB-nin "D" qrupunun idarəçi direktoru Hamadan Taqaymurodov (Tacikistan vətəndaşı) seçilib.

İclasda 2010-cu ildə 35-ci iclasın keçirilməsi haqqında qərar qəbul olunub.

İyunun 12-də İİB-nın prezidenti Əhməd Məhəmməd Əlinin Bakiya səfəri planlaşdırılır. Səfər zamanı İİB-nın prezidentinin Caspian Investment Company (CIC) təşkil etdiyi I beynəlxalq konfransında iştirakı gözlənilir. "CIC" Azərbaycan İnvestisiya Şirkəti və özəl sektorun inkişafı İslam Korporasiyası tərəfindən təsis edilib.

Xəbər lenti

Xəbər lenti