...

Hava limanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2008 15:20 (UTC +04:00)
Hava limanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 10 iyun/ Trend / İyunun 13-dən etibarən Əzizbəyov dairəsi - Yeni Suraxanı dairəsi sahəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Əzizbəyov dairəsi rayonunda və Heydər Əliyev adına hava limanı istiqamətində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması bu ərazidə avtomobil yolunun yenidən qurulması ilə bağlıdır.

Bu marşrut üzrə hərəkətin tam bərpa olunacağı vaxt göstərilməyib.

Xəbər lenti

Xəbər lenti