Azərbaycan, Bakı, 19 iyun/ Trend / 2010-cu ilin yayında Azərbaycanda mənfəət vergisi və ƏDV-nin azaldılması gözlənilir və bu, kiçik və orta biznesin inkişafında katalizator kimi çıxış edəcək. Bu, iş yerlərinin sayının artması hesabına ölkədə yoxsulluq problemini həll etməyə imkan verəcək. Məhz KOM istənilən inkişaf etmiş iqtisadiyyatın əsasını təşkil edir, əmək bazarının və əhalinin məşğulluğun inkişafı və beləliklə, ölkədə həyat səviyyəsinin artması yükü onların üzərinə düşür.
Azərbaycan əhalisi 8,5 mln. nəfərdir və son illərdə yoxsulluğun azalması istiqamətində müəyyən müsbət irəliləyişlər olsa da, respublika vətəndaşlarının 1,3 mln.-u hələ də yoxsulluq həddində yaşayır.
Azərbaycan Maliyyə Nazirliyinin hələ mayın əvvəlində parlamentə təqdim edilmiş və 2009-cu ilin yayna nəzərdə tutulmuş vergi dərəcələrinin azalması üzrə layihəsi təxirə salınıb. Layhihədə mənfəət vergisi dərəcəsinə (hazırki 22 faizdən 20 faizədək, ƏDV üzrə isə, 18 faizdən 17 faizədək) yenidən baxmaq təklif olunurdu.
Kompleks yanaşma üçün onları 2010-cü ildə hazırlamaq məqsədəuyğun hesab edilib.
2006-cı il yanvarın 1-dən Azərbaycanda mənfəət vergisinin dərəcəsi 24 faizdən əvvəlki 22 faizədək endirilib. Bu dövrdə hüquqi şəxslərin sayı il ərzində 6 faiz artıb və məhz bu il ölkədə yoxsulluq faizi 9 faiz azalıb və bu kiçik göstərici deyil. Belə ki, 2006-cı ilin yekunları üzrə respublikada yoxsulluq səviyyəsi 29 faizdən 20 faizədək, 2007-ci ildə isə 20 faizdən 16 faizədək artıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sayı isə bütün 2006-cı il ərzində 6,8 faiz artıb və 339147 sahibkar olub.
Güman etmək olar ki, növbəti dəfə mənfəət vergisi 22 faizdən 20 faizədək endirildikdən sonra, respublikada yoxsulluq ən azı 7 faiz azalmalı, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı is,ə 400 min nəfəri ə ötməlidir.
Vergilər iqtisadi artım və sosial müdafiə arasında balansıdr. O düzəldildikdən sonra sonuncunun mexanizmləri işləməlidir. Vergi islahatı bizdə kifayət qədər dar olan ödəyici dairəsinin genişlənməsinə təsir edəcək.
Leyla Abdullayeva, Trend Analitik Mərkəzin eksperti
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]