...

Gəncədə bazar sahibləri cərimə ediliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2008 17:53 (UTC +04:00)

Azərbaycan, Gəncə, 23 iyun/ Trend , müxbir V. Məmmədov/ Gəncədə fəaliyyət göstərən "Gəncəbazar" ASC, "Məhrəsəbazar" ASC, "Kəpəzbazar" ASC və "Kənan" MMC bazarlarının sahibləri cərimələniblər. Bu barədə məlumatı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Hüriyyət İsmayılova verib.

Onun sözlərinə görə, bu bazarlarda sanitar normaların pozulması faktaları aşkarlanıb və ilkin olaraq, bazar sahibləri 100 manat məbləğində cərimələniblər.

Növbəti dəfə belə pozuntular aşkarlanarsa, obyektlərin bağlanacağını söyləyən İsmyalova bu sahəyə diqqətin artırıldığını qeyd edib.

Bu il Gəncədə, sanitar- gigiyenik qaydalara əməl etmədiynə görə, 14 obyektin fəaliyyəti dayandırılıb; 2 içtimai iaşə, 7 ərzaq, 1 aptek, 1 stamatoloji kabinet, 2 müalicə - proflaktika müəssisəsi və 1 kommunal müəsssiə. 11 obyekt cərimələnərək xəbərdarlıq alıb.

2007-ci ildə ümumilikdə Gəncədə 17 müəssisə bağlanıb, 71-i müxtəlif məbləğdə cərimə olunub.

Gəncədə ümumilikdə 426 qida, 261 kommunal, 110 uşaq- yeniyetmə və 77 sənaye müəssisəsi var. 

Direktor müavini Gəncə şəhər Su Kanal törəmə Səhmdar Cəmiyyətində iki nəfər vəzifəli şəxsin, sanitar- gigiyenik qaydalara əməl etmədiklərinə görə, cərimələndiyini bildirib.

"Təmizlik İdarəsində yaranan antisanitar vəziyyətin qarşısını almaq üçün Şəhər İcra Hakimiyytəininin başçsına yazılı müraciət edilib", - deyə İsmaylova qeyd bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti