...

Azərbaycan Səhiyyə Nazirliyi Xəzər Dənizindəki məşhur çimərliklərdən istifadəyə dair qadağanı qüvvədə saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2008 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend , müxbir S.Babayeva/Azərbaycan Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji Xidməti əhalinin Şixov, Mərdəkan, Şüvəlan və Sahil çimərliklərindən istifadəsinə dair keçən il tətbiq olunmuş qadağanı qüvvədə saxlayıb.

"Bu qərar çimərlik sularının intensiv çirklənmə mənbələrinin ləğv edilməməsini və bioloji çirklənmənin mümkün normadan yuxarı olmasını aşkarlayan laborator rəylər əsasında qəbul olunub", - Səhiyyə Nazirliyindən bildiriblər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı şəhər İcra Hakimiyyətinə və Baş Polis İdarəsinə qəbul olunmuş qərarın icrasının təmin edilməsi ilə bağlı müraciət edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi də xəbərdar edilib.

Mərkəz çimərlik mövsümü ərzində bütün çimərliklərin gigiyenik vəziyyətinə nəzarət edəcək.

Xəbər lenti

Xəbər lenti