...

"Nikoyl Lizinq Şirkəti" Azərbaycanda pərakəndə lizinqin 3 yeni məhsulunu təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2008 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul/ Trend / "NİKOYL Lizinq Şirkəti" ("URALSİB LŞ-nin törəmə şirkəti) Azərbaycanda pərakəndə lizinqin istiqamətlərini öyrənir. İndi Azərbaycanın fərdi sahibkar və müəssisələri avtonəqliyyat, xüsusi texnika, avadanlıq və kommersiya daşınmaz əmlakının lizinqi üçün əlverişli maliyyə həllərindən istifadə edə biləcəklər. Bu barədə şirkətin məlumatında bildirilir.

"Bu məhsullar kiçik və orta biznes seqmentinə yönəlib. Onlar Rusiyada uğurla satılır və yerli şəraitə adaptasiya nəzərə alınmaqla, Azərbaycanda onlara tələbat olmalıdır, - "NİKOYL Lizinq Şirkətinin" Baş direktoru Maksim Ansimov qeyd edir. - Neft məhsullarının satışı coğrafi baxımdan Bakı şəhəri və "NİKoyl" İKB bankının filiallarının iştirak etdiyi regionlarla məhdudlaşır".

Pərakəndə məhsulların adaptasiya edilmiş xəttinə üç əlverişli maliyyə həlli daxildir:

- Avtonəqliyyat və xüsusi texnikanın lizinqi. Maliyyələşdirmənin məbləği - 500 000 dollaradək. Qabaqcadan ödəmə - 15 faizdən. Lizinqin müddəti - dörd ilədək. Müqavilə üzrə təminat tələb olunmur. Qərarın qəbul edilməsi bir gündən üç günədək. İstifadədə olmuş nəqliyyatın lizinqə verilməsi mümkündür.

- Avadanlığın lizinqi. Maliyyələşdirmənin məbləği - 500 000 dollaradək. Qabaqcadan ödəmə - 15 faizdən. Lizinqin müddəti - üç ilədək. Müqavilə üzrə əlavə təminat tələb olunmur. Qərarın qəbul edilməsi bir gündən üç günədək.

- Kommersiya daşınmaz əmlakının lizinqi. Maliyyələşdirmənin dəyəri - 750 000 dollaradək.

Qabaqcadan ödəmə - 15 faizdən. Lizinqin müddəti -10 ilədək. Müqavilə üzrə girov və ya zaminlik tələb olunmur. Qərarın qəbul edilməsi müddəti zəruri razılaşdırmalar və rəylər təqdim edildiyi gündən üç günədək.

Lizinq müqaviləsinin lizinqi müştərilərə Lizinq şirkəti tərəfindən əldə edilən və sığorta olunan və sonra lizinq müqaviləsi üzrə müştərilərə verilən zəruri əmlakın seçimini təklif edir. Müştəri qabaqcadan ödəmə edir (lizinq predmetinin ümumi dəyərinin 15 faizindən 49 faizinədək), sonra isə əmlakın istifadəsindən əldə edilən gəlirlərdən lizinq ödəmələri ödənilir.

"Azərbaycanın lizinq bazarı sürətlə inkişaf edir. 2003-cü ildən 2007-ci ilədək bazarın illik artım tempi orta hesabla 190 faiz olub. Biz bu bazarın böyük potensialını görür və korporativ və pərakəndə lizinqin rəqabətqabiliyyətli məhsullarını təqdim etməklə bazarın nəzərəçarpacaq hissəsini tutmağı planlaşdırırıq. Rusiyada "URALSİB" lizinq şirkəti Rusiyanın iri lizinq şirkətlərinin siyahısında üçüncü yeri tutur və bizim bütün əsasmız var ki, Azərbaycanda uğur qazanacağımıza ümid edək", - Ansimov bildirib.

Törəmə "NİKOYL Lizinq Şirkəti" Azərbaycanın lizinq bazarında 2007-ci ilin dekabrından fəaliyyət göstərir. Bu vaxt ərzində korporativ lizinqə dair bir neçə iri layihə reallaşdırılıb. Azərbaycanın lizinq bazarı tarixində $6,3 mln. məbləğində metallurgiya avadanlığının maliyyələşdirilməsi üzrə iri müqavilələrdən biri uğurla reallaşdırılıb.

"URALSİB" Lizinq Şirkəti" MMC "URALSİB" Maliyyə Korporasiyasının tərkibinə daxildir. 2007-ci ilin yekunları üzrə lizinq şirkəti Rusiyanın iri lizinq şirkətlərinin reytinqində ("EKSPERT RA" Reytinq Agentliyi) üçüncü və Rusiyanın universal lizinq şirkətlərinin siyahısında (Lizinq-revyu jurnalı) birinci yeri tutur.

"URALSİB" lizinq şirkəti lizinq bazarının bütün seqmentlərində çalışır, avtonəqliyyat, xüsusi texnika, avadanlıq, daşınmaz əmlak və digər əmlakı lizinqə təklif edərək korporativ müştərilər, kiçik və orta biznesin müsəssisələrinin maliyyələşdirilməsini həyata keçirir. Şirkət Rusiyada 72 filialdan ibarət iri regional şəbəkəyə və Azərbaycanda bir törəmə şirkətə malikdir. İyunun 1-nə olan məlumata görə, şirkətin lizinq portfeli $1,9 mlrd. təşkil edir.

Xəbər lenti

Xəbər lenti