...

Azərbaycandan Gürcüstana gedən sərnişinlərin sayı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2008 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust/ Trend , müxbir E.İsmayılov/ Gürcü - osetin münaqişəsi ilə əlaqədar, Bakı-Tbilisi-Marneuli istiqamətində daşınan sərnişinlərin sayı azalıb, - bazar ertəsi Bakı avtovağzalından bildiriblər.

"Əvvəllər avtobuslar tam dolmuş gedirdilərsə, hazırda bu istiqamətdə sərnişinlər arasında tələbatın azalması var ", - avtovağzaldan bildiriblər. Bundan əlavə, bəzi sərnişinlərin biletləri qaytarması müşahidə olunur.

Sərnişin avtobuslarının işi cədvəl üzrə aparılır. Bazar ertəsi Bakı vaxtı ilə saat 21.00 - da Gürcüstan istiqamətində avtobus yola düşməlidir. Həmçinin, həftədə iki dəfə, sərnişinlərin sayından asılı olaraq, əlavə reyslər də həyata keçirilir. Növbəti əlavə reys, mümkündür ki, çərşənbə axşamı saat 18.30 - da olacaq, -Bakı avtovağzalından bildiriblər.

Bakı-Tbilisi-Marneuli istiqamətində biletlərin qiyməti 12 manatdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti