...

Gürcüstanın Poti limanında taxıl terminalı tikintisi layihəsi ilə əlaqədar narahatlıq üçün əsas yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2008 20:53 (UTC +04:00)

Qazaxıstan, Astana, 11 avqust/ Trend , müxbir K.Konırova/ Gürcüstanın bombardmana məruz qalan Poti limanında taxıl terminalı tikintisi layihəsi ilə əlaqədar narahatlıq üçün səbəb yoxdur, -"Ərzaq Müqavilə Korporasiyası" SC- nin rəhbərliyinə yaxın mənbə, adının çəkilməməsi şərtilə, Trend -a bildirib.

"Gürcüstanın bombardmana məruz qalan Poti limanında taxıl terminalı tikintisi layihəsi ilə əlaqədar, sadəcə, narahatlığa ona görə səbəb yoxdur ki, onun tikintisi hələ başlamayıb", - Trend-in Astanadakı xüsusi müxbirinin suallarına cavab verən mənbə bildirib.

Milli şirkətin nümayəndəsi onu da bildirib ki, Qara dəniz limanı ilə Qazaxıstan taxılının tədarükünə dair narahatlığa səbəb yoxdur.

"Hazırda Qazaxıstandan taxıl ixracına qadağa qoyulub və bununla əlaqədar, bu məsələdə Gürcüstan vasitəsilə taxıl tədarükünün pozulması üzrə narahatlığa səbəb yoxdur", - həmsöhbət bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti