...

25-26 sentyabrda Bakıda MARİƏ-nin növbəti iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2008 12:55 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 avqust/ Trend , müxbir K.Konırova/ Qazaxıstan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) Proqramı çərçivəsində öz işini fəallaşdırmaq niyyətindədir, - Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması naziri Baxıt Sultanov deyib.

"Proqram çərçivəsində ölkəmizin fəaliyyətinin milli və regional səviyyədə cəmləşdirilmiş nəqliyyat, energetika, ticarət siyasətinə dair dəqiq mövqeyini formalaşdırmaq lazımdır", - Sultanov Astanada idarənin MARİƏ çərçivəsində əməkdaşlıq üzrə iclasında çıxış edərək deyib.

Nazir qeyd edib ki, "proqramın iştirakçı ölkələri ilə iqtisadi əməkdaşlığın dialoq meydançası kimi istifadəsi iqtisadiyyatın sahələrində MARİƏ ilə layihələrin gələcək koordinasiyasına zəmin yaradacaq"

MARİƏ ilə koordinasiyanın gücləndirilməsi məqsədilə hər nazirlikdən vəzifəli şəxslərin təyini üzrə ikimərhələli yanaşma müəyyənləşdirmək qərarına gəlinib.

Vitse-nazirlərin iştirakı ilə MARİƏ-nin növbəti iclasının cari ilin sentryabrında keçirilməsi planlaşdırılıb. İclasın müzakirə edəcəyi mövzu  MARİƏ-nin rəsmi yüksək vəzifəli şəxslərinin sentyabrın 25-26-da Bakıda keçiriləcək iclasına hazırlıq olacaq.

Xəbər lenti

Xəbər lenti