...

Bank Respublika əmanətçilər arasında aylıq uduş kampaniyasının növbəti tirajını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2008 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust/ Trend / Bazar ertəsi Bank Respublika əmanətçilər arasında aylıq uduş kampaniyasının növbəti tirajını keçirib və bankın daha yeddi əmanətçisi müxtəlif hədiyyələr qazanıb.

Bankın 2 əmanətçisi, hər biri 1000 ABŞ dolları məbləğində, 2 pul mükafatı qazanıb. 5 əmanətçi isə, kampaniyanın əlavə mükafatlarını qazanıblar . Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən, 300 manat məbləğində mobil telefon, DVD pleyer, rəqəmsal fotoaparat, qol saatı və ya iPod musiqi pleyeri seçə bilərlər.

Kampaniyada ən azı 6 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edirlər. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən, Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmirlər.

Bu günədək Bank Respublika-nın 72 əmanətçisi, hər biri 1000 ABŞ dolları məbləğində, pul mükafatları və 90 əmanətçisi əlavə mükafatlar qazanıb.

Bank Respublika "Əmanət Şərtlərinin Sərbəst Seçimi" depozit proqramı üzrə müştərilərə geniş imkanlar təklif edir. Bank Respublika keçən ay depozitlər üzrə faiz dərəcələrini artırmışdır və yeni şərtlərə əsasən, manat və ABŞ dollarında olan əmanətlər üzrə maksimal faiz dərəcəsi illik 15% təşkil edir.

Bank Respublika-nın əmanətçiləri, əmanətin məbləği və müddətindən asılı olaraq, 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, "Home Banking" xidmətindən yararlana, Bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və əmanətçilərə əmanətin şərtlərini seçmək imkanı verir.

Bank Respublika "Əmanətlərin sığortalanması haqqında" Qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin Bankda yerləşdirilmiş əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

Xəbər lenti

Xəbər lenti