Gürcüstan, Tbilisi, 21 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Kaspi-Qrakali dəmir yolunda təmir-bərpa işləri, çox güman ki, avqustun 27-dək başa çatacaq. - "Gürcüstan Dəmir Yolları"MMC-dən bildirildiyinə görə, yolun bu hissəsində təmir işləri sürətlə gedir.
Söhbət Qərbi və Şərqi Gürcüstan arasında dəmir yolun nəqliyyatını kəsən rus hərbçilərinin avqustun 16-da partlatdığı körpüdən gedir.
Kaspi-Qrakali sahəsindən sonra ölkədə dəmir yolu nəqliyyatı bərpa ediləcək.