Azərbaycan, Bakı, 22 avqust/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda biotəhlükəsizlik problemi hökumət səviyyəsində həll edilməlidir, - Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi nəzdində İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Xaliq Məmmədov cümə günü keçirilən "Biotəhlükəsizlik - günün tələbi" seminarında bildirib.
"Dövlət xidməti biotəhlükəsizliyin milli təhlükəsizlik səviyyəsində təmin edilməsinə dair hökumət üçün təkliflər hazırlayır", - Məmmədov bildirib.
Onun sözlərinə görə, biotəhlükəsizlik ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı çərçivəsində təmin edilməlidir.
Məmmədovun sözlərinə görə, təkliflər Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə hazırlanır.
Təkliflərin hazırlanmasında iştirak edən USAİD -in nümayəndəsi Skott Teylor seminarda çıxış edərək bildirib ki, Azərbaycanda biotəhlükəsizliyin təmin edilməsi ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasına müsbət təsir edəcək. Azərbaycan 1997- ci ildən ÜTT- də müşahidəçi statusuna malikdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]