...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi lizinq şirkətinin səhmlərini qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2008 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust / Trend / Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "FinansLizinq" ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə bazar ertəsi Bakı Fond Birjasından məlumat veriblər.

Emissiyanın həcmi 600.000 AZN, bir səhmin nominal dəyəri 1.000 AZN təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edən təşkilat: "Respublika Invest" MMC.

Səhmlərin emissiya prospektinə əsasən, emitentin səhmdarları Nizamnamə kapitalında paylarına münasib miqdarda yerləşdirilən səhmləri əldə etməkdə 9 ay ərzində üstünlük hüququna malikdirlər.

Xəbər lenti

Xəbər lenti