...

Manat-Türkiyə lirəsi cütlüyünün tətbiqi ticarət əməliyyatlarında itkilərdən yayınmağa imkan verəcək - Azərbaycan Bankçılar Assosiasiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2008 18:03 (UTC +04:00)
Manat-Türkiyə lirəsi cütlüyünün tətbiqi ticarət əməliyyatlarında itkilərdən yayınmağa imkan verəcək - Azərbaycan Bankçılar Assosiasiyasının rəhbəri

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir İ.Xəlilova/ "Azərbaycan və Türkiyə arasında manat-lirə birbaşa valyutalarında ticarət əməliyyatlarını aparmaq üçün zəmin yaranıb", - cümə günü Azərbaycan Bankçılar Assosiasiyasının (ABA) prezidenti Eldar İsmayılov Türkiyə Bankçılar Assosiasiyalarının Baş katibi Ekrem Keskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

İsmayılovun sözlərinə görə, əvvəllər ticarət sövdələşmələrinin miqyas və prinsipləri mükəmməl və şəffaf deyildi. Bu gün mal dövriyyəsi yüksəkdir və onun artım tempi artmaqdadır. Buna görə də böyük miqyasda birbaşa olmayan konvertləşdirmə (manat-dollar, sonra dollar-lirə) çoxlu itkilərə və vaxt itkisi ilə müşayiət edilir.

"Bunu lirə-manat cütlüyünü saxlamaqla azaltmaq olar, yəni əməliyyatları dünya valyutalarından yan keçərək həyata keçirmək olar", - İsmayılov bildirib.

2008-ci ilin birinci yarımilinin yekunları üzrə Azərbaycan və Türkiyə arasında mal dövriyyəsi 820, 779 mln. dollar olub. İxrac əməliyyatlarının payına 482,966 mln. dollar düşüb.

Bu məsələni müzakirə etmək üçün Azərbaycana Türkiyənin bank sisteminə real təsir edən beş aparıcı türk bankının - "Vakif Bank", "Exim Bank", "Turk Economy Bank", "Turkiyye Sinaye Kalkimli Bankasi" və "Turkiyye Garanty Bankasi" nümayəndələri dəvət edilib.

Ticarət sövdələşmələri bu banklar vasitəsilə həyata keçirilir. Buna görə də onlar Azərbaycanın kommersiya bankları ilə ikitərəfli əsasda birbaşa əməliyyatlar apara bilərlər.

ABA rəhbərinin fikrincə, birbaşa konvertləşdirməni həyata keçirmək üçün müvafiq infrastruktur təminatı yaradılıb, Bakı Banklararası Valyuta Birjası və İstanbul Fond Birjası arasında əlaqələr qurulub. Azərbaycanın bank sistemi yalnız indi öz sistemliyini və normal dinamik fəliyyət cizgilərini almaqdadır. Buna görə də ötən mərhələlərdə bu mürəkkəb görünüb, belə ki, ölkənin pul-bank sistemi 100 faiz qurulmayıb.

"Hazırda Türkiyə bank sisteminin və böhrandan sonra Türkiyə lirəsinin daha qüdrətli olduğu bir mərhələ yetişib", - İsmayılov qeyd edib.

Türkiyə Bank Assosiasiyalarının rəhbəri bu təklifi çox maraqlı və vaxtında edilmiş hesab edib, lakin onun reallaşmasının yalnız iki ölkənin milli bankı arasında razılaşdırıldıqdan sonra mümkün olacağını dəqiqləşdirib.  

Türkiyə bankları nümayəndələrinin Bakıya səfəri İsmayılovun dəvəti əsasında 2008-ci ilin mayında iki ölkə bank birlikləri arasında imzalanmış əməkdaşlıq Sazişi çərçivəsində əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün baş tutub.

Sentyabrın 12-nə rəsmi valyuta məzənnəsi 0,8155 AZN/USD-dır.

Xəbər lenti

Xəbər lenti