...

Azərbaycanda ÜDM-in artım templəri 13 faizi ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2008 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir İ.Xəlilova/ 2008-ci ilin səkkiz ayı ərzində Azərbaycanın ÜDM-i ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 13,2 faiz artıb. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən məlumat veriblər. Cari qiymətlərdə ÜDM-in göstəricisi 25 891,9 mln. manat təşkil edib. Əhalinin adambaşına düşən ÜDM-in həcmi 11,9 faiz artaraq 3031,5 manat ($3661,6) təşkil edib.

İqtisadiyyatın bütün sahələrində məhsul istehsalının ümumi həcmi 14 faiz artaraq, əsas hissəsini - 62,5 faizini (16 187,5 mln. manat) sənayenin təşkil etdiyi ÜDM-in 75 faizini təşkil edib. Xidmətlər sahəsinin ÜDM-də xüsusi çəkisi 21,7 faizdən 17,9 faizədək azalıb. Xidmətlər sahəsində əlavə dəyər istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 9,9 faiz artıb. Məhsul və idxaldan xalis vergilər ÜDM-in 7,1 faizini təşkil edib.

Yanvar-avqust ərzində kənd təsərüfatı, ovçuluq sektoru və meşə təsərrüfatında 1413,6 mln. manatlıq əlavə dəyər istehsal edilib ki, bu da ümumi ÜDM-in 5,5 faizini təşkil edir. Tikinti sektorunda - 1807,5 mln. manat (7 faiz), nəqliyyat sektorunda - 1171,3 mln. manat (4,5 faiz), rabitə və poçt xidmətləri sektorunda - 417,5 mln. manat (1,6 faiz) topdan və pərakəndə satışda, avtomobil sahəsində, məişət məmulatları və şəxsi istifadə predmetlərinin təmiri üzrə xidmətlər sahəsində - 1270,8 mln. manat (4,9 faiz), restoran və mehmanxana sektorunda - 217,2 mln. manat (0,8 faiz), sosial və digər xidmətlərin göstərilməsində - 1569,4 mln. manat (6,1 faiz) əlavə dəyər formalaşıb.

Sentyabrın 17-nə olan cari məzənnə - 0,814 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti