...

Biz vəzifələrimizi öz gücümüzlə həll edə biləcəyik - Qazaxıstanın Baş naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2008 11:07 (UTC +04:00)

Qazaxıstan qarşıya qoyulan vəzifələri öz gücü ilə, daxili vergilər hesabına həll edə biləcək, - çərşənbə axşamı işgüzar şəxslər üçün Dəyirmi masanın gedişində jurnalistlərin suallarını cavablandıran Baş nazir Kərim Məsimov bildirib.

їQarşıya qoyulan bütün vəzifələri respublikadaxili vergi daxilolmalarının hesabına həll edə biləcəyikї, - hökumət başçısı aydınlaşdırıb. O xatırladıb ki, hazırda respublikada Vergi Məcəlləsi müzakirə edilir. Məcəllənin başlıca vəzifəsi respublikada ən loyal vergi rejiminin yaradılmasıdır.

Dəyirmi masa iştirakçılarınan birinin, dünyda maliyyə böhranı müşahidə olunduğu halda, Qazaxıstanın bir sıra layihələrin realizəsi üçün xarici borclanma cəlb etmək niyyətində olub - olmadığı barədə sualını cavablandıran Baş nazir bildirib: їBu gün dövlət borcunun artırılmasına zərurət yoxdur. Dövlət büdcəsi balanslaşdırılıbї.

Bununla yanaşı, o vurğulayıb ki, respublika həmişə azad iqtisadiyyata birbaşa sərmayələri alqışlayıb. їBiz həmişə birbaşa sərmayələrin tərəfdarı olmuşuq və onların həyata keçirilməsi üçün hər bir şəraiti yaradacağıq. Bu, ilk növbədə, neft- kimya istehsalına aiddirї, - o qeyd edib.

Məsimovun rəyinə görə, yaxın vaxtlarda ABŞ və Qərbi Avropa şirkətləri tərəfindən sərmayələrin yatırılacağını gözləməyə dəyməz. їİndi işləməyin mümkün olduğu potensial bazar böyük maraq göstərən Fars körfəzi ölkələri və Çindirї, - Baş nazir bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti