Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan Milli Bankında (AMB) Azərbaycan İpoteka Fondu (AİF) 2008 - ci ilə görə maliyyə hesabatlılığının auditinin keçirilməsinə tender elan edib, - rəsmi mətbuat xəbər verir.
İddiaçılar dövlət qeydiyyatı, əlavə dəyər vergisi ödəyicisi qismində qeydiyyat haqqında sənədləri, tenderdə iştirak hüququna görə ödəniş haqqında arayış, bir faizlik bank zəmanəti, vergi ödəyicisinin identifikasiya nörməsini, bank rekvizitlərini, auditor rəyini və son iş ilinə görə maliyyə göstəricilərini təqdim etməlidirlər.
İddiaçılara əsas tələblər - mərkəzi banklarda, ipoteka kreditlərinin verilməsi ilə məşğul olan kredit təşkilatlarında auditin keçirilməsi təcrübəsinin olması, beynəlxalq əcnəbi təcrübəsi olan ekspertlərin cəlb edilməsi, beynəlxalq ad və reytinqin olması. Tenderdə iştirakın dəyəri 100 manatdır. Tender proseduru 2008 - ci il noyabrın 21 - də keçiriləcək.
Azərbaycanın İpoteka Fondu 2007 - ci ilin yayında vəsait çatışmazlığı ilə əlaqədar, ipoteka kreditlərinin verilməsini dayandırıb. 2006 - cı ilin dövlət büdcəsindən Fond üçün 25 mln manat, 2007 - ci lin büdcəsindən 20 mln. manat vəsait ayrılıb. 2008 - ci ilin dövlət büdcəsində nəzərdə tutulan 34 mln. manat məbləğində vəsaitdən Fonda bir tranşla 10 mln. manat köçürülüb.
Oktyabrın 3 - nə olan cari mübadilə məzənnəsi -- 0,8096 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]