Azərbaycan, Bakı, 07 oktyabr/TrendCapita/Azərbaycan Beynəlxalq Bankı (ABB) korporativ müştərilərin depozitlərinin cəlb edilməsi üzrə faiz dərəcələrinin artırılmasını elan edib, - çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.
Dərəcələrin artırılması həm mantda və həm də xarici valyutada (avro və ABŞ dolları) olan depozitlərə aid ediləcək. Yeni faiz dərəcələri depozitin müddətindən və valyutadan asılı olaraq dəyişir. Depozitin məbləğindən asılı olaraq, "bonus"faizlər sistemi də tətbiq edilir.
Hüquqi şəxslərin depozitlər üzrə manat və ABŞ dollarında mükafatlandırma dərəcələri illik 6 faizlə təqdim edilir (valyutadan, müddətdən və əmanətin məbləğindən asılı olaraq). Avro ilə olan depozitlər üçün onlar illik 4,8 faizdən başlayır. Daha çox dərəcə iki illik depozitlər üzrə təklif olunur: manat və ABŞ dolları üçün 10 faiz və avro üçün 8 faiz. Tələb olunan depozitlər üzrə ən az dərəcə bir faizdir.
Dərəcələrin dəyişdirilməsi Azərbaycan Beynəlxalq Bankının korporativ müştərilərin vəsaitlərinin daxili bazara cəlb edilməsinə istiqamətlənmiş siyasəti çərçivəsində həyata keçirilir. Bu siyasət artıq səmərəliliyini göstərib. Bu, xüsusilə də hüquqi şəxslərin vəsaitlərinin cəlb edilməsi həcminin artmasında özünü göstərib, - ABB-nin məlumatında qeyd olunub.