...

İstifadə edilməmiş bərpa olunan kredit xətləri Avropanın korporativ sektorunda   likvidlik üçün müsbət amildir - Fitch

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2008 10:55 (UTC +04:00)
İstifadə edilməmiş bərpa olunan kredit xətləri Avropanın korporativ sektorunda   likvidlik üçün müsbət amildir - Fitch

Azərbaycan, Bakı, 08 oktyabr/ Trend / Banklar mənzil ipotekası bazarının maliyyələşdirilməsini azaltdığı vaxtda, Avropa, Yaxın Şərq və Afrika regionlarındakı əksər korporasiyalarının banklardan müntəzəm bərpa olunan kredit xətləri var, -Fitch beynəlxalq reytinq agentliyinin araşdırmalarında bildirilir.

Riskə görə hazırki daha yüksək qiymətə əsasən, belə kredit xətləri, dəyərinə yenidən baxılmadan, daha qısamüddətli likvidliyi təmin edir. Bərpa olunan kreditlər xətləri dedikdə, kreditlərin ödənişinə görə təqdim edilən müqavilə öhdəlikləri nəzərdə tutulur və belə öhdəliklərin olmasına bankların pul vəsaitləri ehtiyatı görmələrinin səbəblərindən biri kimi baxılır.

Şirkətlərin cəlb edilən fondlaşdırmanın təxminən 75 faizi nisbətində kapital bazarına (istiqraz və kommersiya qiymətli kağızları) bel bağladıqları ABŞ - dan fərqli olaraq, hesablamalara əsasən, Avropada fondlaşdırmanın 60 -70 faizi kredit vasitəsilə (əsasən, təcili kreditlər və ya bərpa olunan kredit xətləri) təqdim edilir. Avropada əksər bərpa olunan kredit xətləri, sadəcə, kommersiya kağızları üzrə əlavə dəstək forması kimi deyil, ümumkorporativ məqsədlər üçün başlıca borclanma forması kimi nəzərdən keçirilir. Beləliklə, belə kredit xəttinin əsas hissəsi nəzərdə tutulan overdraftla uzunmüddətli borclanmanı ifadə edir.

Fitch - in 2008 - ci il 18 avqust tarixli korporativ likvidlik üzrə їAvropa, Yaxın Şərq və Afrika, həmçinin, Asiya - Sakit okean regionu şirkətlərinin likvidliyinin təhliliї (Corporate Liquidity Study - EMEA and Asia Pacific) hesabatı təsdiqləyir ki, Avropanın əskər şirkətlərinin üç - beş il müddətli istifadə edilməmiş müntəzəm bərpa olunan kredit xətlərinə çıxışı var. Bu kredit xətləri üzrə sazişlər, əsasən, 2006 -2007- ci illərdə bağlanıb.

Aparılan araşdırmalar çərçivəsində aşkar edilib ki, ötən il ərzində birləşmə və udulma sazişləri üzrə bəzi daha qısamüddətli kredit xətləri təkrar maliyyələşdirilib. Fitch qeyd edir ki, istiqrazlar bazarı əvvəlki kimi, fasilələrlə açıq olanadək, şirkətlər müntəzəm bank kredit xətlərindən istifadə edə bilərlər.

їŞirkətlərin maliyyə menecerlərinin bəziləri bankların ödəniş müddətinin qısamüddətli perspektivdə başladığı kredit xətlərini əvvəlki həcmdə və mövcud qiymətlə bərpa edəcəklərini gözləyirlər. Bununla əlaqədar, riskə görə qiyməti daha yüksək olan istiqrazlar bazarı şirkətlər üçün asan olmayan alternativ olsa da, münasib ola bilər və kapital məhdudiyyətləri ilə üzləşən banklar, çox ehtimal ki, şirkətləri istiqraz bazarlarına uzunmüddətli vəsaitlər cəlb etməyə təhrik edəcəklərї, - Fitch qrupunun Avropa, Yaxın Şərq və Afrika regionlarının korporativ emitentləri üzrə kredit siyasəti şöbəsinin rəhbəri Con Hetton bildirib.

Şirkətlərin istiqrazlar bazarına çıxışı olmadığı vaxtda, mövcud bank kredit xətlərinin nisbətən ucuz olması faktı şirkətlərin alternativ variant kimi tamamilə bu xətlərdən istifadə etməsi üçün tutarlı səbəb deyil. Bu, istiqraz bazarlarında vəsaitlərin cəlb edilməsi üçün münasib imkanların az ola biləcəyi vaxtda təkrarmaliyyələşdirmə riskinin artmasına gətirə bilər və istiqraz bazarlarına çıxış borc öhdəliklərinin buraxılışının məcburi tədbir olduğuna işarə edəcək.

Bərpa olunan kredit xətlərinə çıxışın ola bilməyəcəyinin əsas səbəblərindən biri bankın defoltu ola bilər. Buna baxmayaraq, Fitch qeyd edir ki, əksər bərpa olunan kredit xətləri bankların sindikatı tərəfindən təqdim edilir və Lehman Brothers-in müflisləşməsi Amerika bankının iştirakçısı olduğu Avropa sindikatları üçün fondlaşdırma ilə bağlı iri problem yaratmayıb. Bazardakı cari ağır vəziyyət nəzərə alınmaqla, şirkətlərin kreditqabiliyyətliliyinin azalması baş verərsə, bankların mühüm mənfi dəyişikliklər haqqında Əsasnamələr tətbiq edəcəklərinə və ya onların tətbiqi ilə hədələyəcəklərinə imkan var.

Fitch hesab edir ki, bazardakı cari problemlər bankların nümunəvi kredit sazişlərinin tərkibində olan bazarın fəaliyyətinin pozulması haqqında Əsasnamədən istifadə ehtimalını daha da artırır ki, bu da onlara fondlaşdırmanın dəyərinin artmasını şirkətlərin üzərinə qoymağa imkan verəcək. Əksər banklar adi bazar oriyentirlərindən (libor dərəcəsi kimi) bir qədər uzaq olan dərəcələr üzrə fondlaşdırma cəlb etməli olduqları üçün, bu Əsasnamə banklar üçün səmərəli alət ola bilər. Belə ki, bərpa olunan kredit xətləri üzrə tarixi aşağı marja (böhranadək) onları cüzi davamlılıq ehtiyatlı ilə təmin edir.

Bank borclanmalarının dəyərinin mümkün artımın təsirinə xüsusi diqqət ayıran Fitch korporativ likvidliyin təhlilini davam etdirir. Şirkətin maliyyə levereci (şirkətin borc alınmış kapitalının şəxsi vəsaitlərə nisbəti) nə qədər yüksək və maliyyə xərclərinin örtülməsi nə qədər zəif olarsa, onun kreditqabiliyyətliliyinə təsir o qədər nəzərəçarpacaq olacaq.

Bankların üstünlük verə biləcəkləri sərmayə kateqoriyalı reytinqi güclü şirkətlər əlavə biznesin (əmtəə - xammal əməliyyatları, istiqrazların yerləşdirilməsinə mandatların alınması ehtimalı, potensial birləşmə və udulma) mümkün olduğu şirkətlərdir. Eyni zamanda, Fitch-in rəyinə görə, pul vəsaitlərində məhdudiyyətləri olan bankların, imkan olduqca özləri üçün daha az cəlbedici olan, xeyli kapital istehlak edən şərtlər əsasında kreditləşmə əməliyyatlarını azaldacaqları ehtimalı çoxalır.

Xəbər lenti

Xəbər lenti