...

Azərbaycan prezidenti Bakı Metropoliteninin yeni stansiyasının açılış mərasimində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2008 13:58 (UTC +04:00)
Azərbaycan prezidenti Bakı Metropoliteninin yeni stansiyasının açılış mərasimində iştirak edib

Azərbaycan, Bakı, 09 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyası - "Nəsimi"nin açılış mərasimində iştirak edib. Bu barədə cümə axşamı Metropolitendən bildiriblər.

Yeni metro stansiyası paytaxtın altıncı və doqquzuncu mikrorayonlarının ərazisində yerləşir.

Bakı Metropoliteni "İçəri Şəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasınadək üç aralıq stansiya ilə 1967-ci ildən fəaliyyət göstərir. Metropolitenin yeddi stansiyası ("İçəri Şəhər", "Sahil", "28 may", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərin enişli, "Bakmil" - yerüstü, qalanları isə sütunlu, dayaz enişlidir (cəmi 21 stansiya).

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti