Azərbaycan, Bakı, 13 oktyabr/ Trend / Cari il dekabr ayının 4-də Bakıda TRACECA nəqliyyat dəhlizinin iştirakçı ölkələrinin yubiley konfransı keçiriləcək. Bu barədə bazar ertəsi təşkilatın Azərbaycandan olan milli katibi Akif Mustafayev bildirib.
Bu barədə qərar milli katiblərin ötən həftənin sonunda Brüsseldə keçirilən görüşündə qəbul olunub. Mustafayev bildirib ki, yubiley sammitinin işində TRACECA-nın iştirakçı dövlətləri, həmçinin Avropa İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.
Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Moldova, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Ermənistan TRACECA layihəsinin iştirakçılarıdır. TRACECA nəqliyyat dəhlizi üzrə əsas çoxtərəfli müqavilələr 1998-ci ildə Bakıda imzalanıb.