...

Azərbaycan güclü iqtisadiyyatı ilə özünü dünya maliyyə böhranından qoruyur - prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2008 22:53 (UTC +04:00)
Azərbaycan güclü iqtisadiyyatı ilə özünü dünya maliyyə böhranından qoruyur - prezident İlham Əliyev

Azərbaycan, Bakı, 13 oktyabr / Trend / Dünyada müşahidə olunan maliyyə böhranı bir sıra ölkələrin iqtisadi potensialına zərbə vurub. Lakin Azərbaycan düşünülmüş siyasət və güclü iqtisadiyyatla özünü bu böhranlı durumdan qoruyur. Bunu bazar ertəsi Nazirlər Kabinetinin doqquz ay ərzində ölkənin sosial-iqtisadi inkişafına həsr olunmuş genişləndirilmiş iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Bu, bizim düşünülmüş siyasətimizin, risklərə ehtiyatlı yanaşmamızın nəticəsidir. Bu, ən doğru siyasətimizdir. Azərbaycan sürətli templərlə dünya iqtisadiyyatının bütün sahələrinə inteqrasiya olunur və artıq onun bir hissəsidir. Biz öz siyasətimizi elə aparmalıyıq və aparırıq ki, istənilən iqtisadi-siyasi böhran Azərbaycandan yan keçsin. Biz buna nail olduq", - deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın son dörd ildə iqtisadi inkişafdakı liderliyinin qorunub saxlanılması göstərir ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar möhkəm və davamlıdır.

"İnflyasiya səviyyəsinin hazırda 21 faiz təşkil etməsinə rəğmən dövlət onun təsirinin minimuma endirilməsi üçün kompleks tədbirlər görür. Bu baxımdan əhalinin pul gəlirlərinin 34 faiz artması dövlətin məqsədyönlü siyasətinin nəticəsidir", - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı sosial məsələlərin dövlətin diqqət mərkəzində olduğunu deyərək minimal əməkhaqlarının və pensiyaların baza hissəsinin artmasını, habelə humanitar sahədə görülən işləri önə çəkib.

"ÜDM-in müvafiq müddətdə 15 faiz artması yüksək göstəricidir", - deyə İlham Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti