...

ABŞ prezidenti maliyyə sisteminin xilası Proqramını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2008 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr/ Trend , müxbir A.Bədəlova/ ABŞ prezidenti Corc Buş çərşənbə axşamı maliyyə sisteminin sabitləşdirilməsi üçün dəyəri $250 mlrd. olan sabitləşdirmə Proqramını elan edib.

Nitqi CNN telekanalının birbaşa efirində yayımlanan Buşun sözlərinə görə, Proqrama hökumətin səhmləri almasının köməyi ilə bankların təşviqi daxildir.

"Banklar pul götürə bilmirlər və bu, onların istehlakçı və sahibkarlara borc vermək qabiliyyətini məhdudlaşdırır, - prezident bildirib. - Lakin pullar banklar arasında daha azad hərəkət edən zaman, amerikalılar sərbəst şəkildə ev və maşınlar üçün pul borc ala bilərlər".

Hökumət müvəqqəti olaraq, əsasən, kiçik sahibkarlar tərəfindən gündəlik əməliyyatların örtülməsi üçün istifadə edilən faizsiz, qısamüddətli depozitlərin ödənilməsi üzrə dövlət sığortasını genişləndirəcək, - Buş qeyd edib.

"Zəmanətlərin yardımı ilə maliyyə sistemində böyük sabitliyi təmin edə biləcəyik", - ABŞ prezidenti bildirib.

Buşun sözlərinə görə, Proqramdakı hər bir tədbir vergi ödəyicilərinin müdafiəsi üzrə zəmanətləri ehtiva edir.

Prezidentin sözlərinə görə, bu addımlar azad bazarın tutulmasına deyil, onların qorunmasına yönəlib.

Avropanın gördüyü tədbirlər haqqında danışan ABŞ prezidenti bildirib ki, bu tədbirlər düzgün olub və maliyyə sisteminə sabitlik gətirib.

Müəlliflə əlaqə saxlamaq elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti