Azərbaycan, Bakı, 14 oktyabr/ Trend / Sentyabr ayında Azərbaycan Sanitar -Epidemiologiya Xidməti tərəfindən 79 müəssisə cərimələnib, 40 obyektin fəaliyyəti dayandırılıb və istehsal, satış, saxlama və ərzaq məhsullarının daşınması üzrə sanitar normalara riayət olunmamasına görə 69 nəfər işdən kənarlaşdırılıb.
Azərbaycanın Səhiyyə Nazirilyindən verilən məlumata görə, 757 orqanoleptik və fiziki-kimyəvi göstəricilər, 459 mikrobioloji, 333 toksikoloji və 26 radioloji qida məhsulları nümunələri üzrə labaratoriya tədqiqatları aparlıb.
Tədqiq olunan nümunələrdən 13- də toksikoloji və orqanoleptik və fiziki-kimyəvi göstəricilər, altısında isə, mikrobioloji göstəricilər üzrə normadan kənaraçıxma halları aşkarlanıb.
Restoran və şadlıq evlərindən təhlil üçün götürülən 3641 nümunə üzrə 56 halda mikrobioloji çirkləndirmə aşkar olunub.