...

"Azersu" su sərfinə görə ödəmələrdən yayınan abunəçilərə xəbərdarlıq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2008 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr/ Trend , müxbir S.Babayeva/ "Azersu" SC abunəçilərinə xəbərdarlıq edib. SC-nin çərşənbə axşamı rəsmi mətbuatda yayılan məlumatında bildirilir ki, su sayğacları olmayan və sərf olunan suya görə ödəmələrdən yayınan bağ evləri və məntəqələrə su verilişi dayandırılacaq.

2008-ci ilin yanvar ayına olan vəziyyətə görə, "Azersu" 243 min sayğac quraşdırıb. Təkcə 2007-ci ildə 76,2 min sayğac quraşdırılıb ki, bunun da 64 min ədədi Bakının, 12,2 mini isə ölkə bölgələrinin payına düşüb. Əhalinin payına 73 min sayğac düşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı - capital

Xəbər lenti

Xəbər lenti