...

Rusiya OPEK- in göstərişlərinə əməl etməyəcək – analitiklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2008 10:36 (UTC +04:00)
Rusiya OPEK- in göstərişlərinə əməl etməyəcək – analitiklər

Azərbaycan, Bakı, 21 oktyabr/ Trend , müxbir A.Bədəlova, Y.Ostapenko/ Rusiya OPEK-in rəhbərinin çağırışına əsasən, qiymətlərin sabitləşdirilməsi məqsədilə özünün neft hasilatını azaltmayacaq, - Trend -ın sorğu apardığı rusiyalı analitiklər hesab edirlər.

OPEK-in prezidenti Şakib Xəlilin bəyanatına görə, Rusiya, Norveç və Meksika da daxil olmaqla, kartelin üzvü olmayan ölkələr xammala olan qiymətlərin sabitləşdirilməsi naminə hasilat həcmini azaltmalıdırar. Onun sözlərinə görə, neftin qiymətləri bir barelə görə 70 dollardan aşağı düşərsə, əksər beynəlxalq neft layihələri təxirə salınacaq və ya ləğv ediləcək.

"OPEK-ə daxil olmayan ölkələrdə neftin hasilatı bilərəkdən azaldılmayacaq", - Rusiyanın aparıcı sərmayə banklarından biri Alfa Bank-ın analitiki Konstantin Batunin çərşənbə axşamı elektron poçtla Trend -a bildirib.

Onun sözlərinə görə, azaltma baş verərsə də, bu hasilatın könüllü azaldılması ilə bağlı olmayan digər amillərdən irəli gələcək.

"Mən hardasa əminəm ki, gələn il Rusiyada neftin hasilatı azalacaq. Lakin bu əsaslı xərclərin azaldılmasının zəruriliyinin nəticəsi kimi, neftin qiymətlərinin düşməsi, şirkətlərin itkilərindən irəli gələcək və bütün bunlar neftin hasilatının azalmasına gətirəcək", - Batunin bildirib.  

Onun rəyinə görə, OPEK-ə daxil olmayan digər ölkələr də neftin hasilatını könüllü azaltmayacaq.

UniCredit Group beynəlxalq maliyyə qrupunun bir hissəsi olan "UniCredit Aton" şirkətinin analitiki Pavel Sorokinin sözlərinə görə, Rusiyanın hasilatı azaltması ehtimalı çox aşağıdır.

"Bizim üçün bu, büdcənin əsasıdır və vəziyyətin çox böhranlı olması - qiymətlərin bir barelə görə 55-60 dollara düşməsi istisna olmaqla, çətin ki, Rusiya belə addım atsın", - o bildirib.

Digər ölkələrə gəldikdə isə, Sorokin hesab edir ki, hasilatın azaldılması mümkün olsa da, kifayət qədər aşağıdır.

"Hasilatın düşməsinin müşahidə edildiyi Meksika kimi ölkələrdə hasilatın azaldılması simanı saxlamaq, hasilatın azalmasını əsaslandırmaq və gələcəkdə onu artırmaq üçün bir imkandır, - Sorokin bildirib. - Bu Rusiya üçün ağlabatan deyil, belə ki, neft büdcənin əsasıdır. RF, hasilatı azatlmaq əvəzinə bütün mümkün üsullarla onu artırmağa çalışır".

OPEK-in oktyabrın 24-də baş tutacaq növbədənkənar iclasında neftin qiymətlərinin sabitləşdirilməsi məqsədilə hasilatın azaldılması haqqında qərar qəbul ediləcək. OPEK- in iclası ərəfəsində ötən həftənin əvvəlindən neftin qiymətləri 3 faizdən çox artıb. Bu gün Nyu-York Birjasında Amerikanın WTI növlü yüngül neftinin noyabr fyuçerslərinin dəyəri bir barelə görə 2,4 dollar - 74,25 dollaradək artıb. London Birjasında Brent növlü nefitn dekabr fyuçerslərinin qiyməti bir barelə görə 2,43 dollar - 72,03 dollaradək artıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti