...

G7 buraxılmalıdır – amerikalı ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2008 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr/ Trend , müxbirlər A.Bədəlova, Y.Ostapenko/ Amerikanın Cato İnstitutunun siyasi iqtisadiyyat üzrə böyük eksperti Deniel Mitçel (Daniel Mitchell) hesab edir ki, "Böyük yeddilik" genişləndrilməməlidir, əksinə, buraxılmalıdır.

Maliyyə böhranının həlli üçün G7-nin göstərdiyi bütün səylər və həyata keçirdiyi tədbirlərə baxmayaraq, onun ünvanına təşkilatın mövcud problemlərin öhdəsindən gələ bilməməsi ilə bağlı daha çox rəylər söylənilir. Dünya Bankının prezidenti Robert Zelikin fikrincə, "Böyük yeddilik" özündə Asiya və artan iqtisadiyyata malik Latın Amerikası ölkələrini birləşdirən yeni birlik ilə əvəzlənməlidir.

Mitçelin rəyinə görə, G7 qarşısına qoyulan məqsədlərə doğru irəliləmir.

" "Böyük yeddilik" heç vaxt mühüm əhəmiyyətə malik olmayıb. O, siyasətçilərin, sadəcə, şəkil çəkdirməsi üçün imkan yaradır. Bu təşkilat maliyyə böhranı kimi məsələləri həll etməyə başlayanda, xüsusilə faydasız olur,- deyə Trend -a elektron poçt ilə Mitçel bildirib.

Ərəb iqtisadi eksperti, Miçiqan Universitetinin Uilyam Devidson İnstitutunun əməkdaşı Riyad əl-Hurinin rəyinə görə, Yeddilik trəfindən görülən hazırkı tədbirlər böhranın aradan qaldırıması üçün kifayət etmir.

"Təşkilat Asiya və Latın Amerikası ölkələri ilə əməkdaşlıq etməli olduğu qədər zəifləyib", - deyə Trend - a telefonla Huri bildirib.

Mitçelin fikrincə, hazırkı maliyyə böhranının səbəbi milli hökumətlərin buraxdığı siyasi səhvlərdir.

"İqtisadi problemlərin əsl səbəbkarı milli hökumətdir, eyni zamanda, yalnız o, bu problemləri həll edə bilər- bunu nə qədər pis etsə belə", - deyə Mitçel bildirib.

Onun sözlərinə görə, nə G7, nə də hər hansı digər hökumət qrupları milli hökumətlərin siyasi səhvlərinin nəticəsi olan problemlərin öhdəsindən gəlmək iqtidarında deyil.

Mitçel hesab edir ki, hazırkı maliyyə qarışıqlığına ən yaxşı cavab - bazarlara fəaliyyət göstərmək imkanı verməkdir.

"Azad bazar - hökumətin pis siyasəti nəticəsində yaranan "köpüyün" kiçildilməsi üçün ən yaxşı üsuldur. Uzunmüddətli perspektivdə bu və ya digər hökumətin infilyasiya kredit -pul siyasəti və "köpük" yaradan mənzil subsidiyaları kimi səhvlərdən yayınacağına ümid etmək olar", - deyə Mitçel bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti